Gürcüstan Prezidenti Georgi Marqvelaşvili ölkənin Fermerlər Assosasiyasına şikayət edib.
O, bostanında ancaq kartofdan yaxşı məhsul götürdüyünü bildirib:
“Bu il mənim üçün çox pis oldu. Pomidora xəstəlik düşdü, xiyar yetişmədi, fındıq isə demək olar ki, yox idi. Bircə Lukaşenkonun mənə verdiyi kartof toxumlarından məhsul götürdüm. Bu mənim ailəmin yeganə qazanc yeri olsaydı, biz məhv olmuşduq. Mən hər şeyi vaxtında etmişəm, vaxtında əkdim, suladım. Ancaq məhsul olmadı”.(teleqraf.com)