Arakanda baş verən hadisələri işıqlandırmaq üçün Myanmaya gedən Türkiyənin “TRT Vorld” televiziyasının əməkdaşları yerli polis tərəfindən saxlanılıb.
Buna səbəb jurnalistlərin Myanma parlamentinin binasına yaxın ərazidə dronla çəkiliş etməsi olub. Polis müxbirlərin ərazidə dronla çəkiliş üçün icazəsi olmadığını bildirib.
“TRT World” telekanalının Lau Hon Menq, Mok Çoy Lin və Aunq Ninq Soenin azadlığa buraxılması üçün danışıqlar apardığı bildirilir.