Fransa parlamenti Milli Cəbhə Partiyasının lideri Marin Le Peni deputat toxunulmazlığından məhrum edib. AzVision.az bu barədə “France Press” məlumat yayıb.
Marin Le Pen deputat toxunulmazlığının məhrum edilməsinə səbəb terrorçu İŞİD qruplaşmasının qurbanlarından birinin fotosunu öz “Twitter” səhifəsində paylaşması olub.
Qeyd edək ki, fransalı siyasətçi 2015-c ildə İŞİD tərəfindən həyata keçirilən edam hökmündə çəkilən şəkilləri öz “Twitter” səhifəsində paylaşıb. Onlardan biri ABŞ vətəndaşı olan jurnalisti Ceyms Foulinin başının terrorçular tərəfindən kəsilməsini əks etdirən foto olub.