Sloveniyenın hazırki prezidenti Borut Paxor dövlət başçısı seçkilərində ilkin olaraq 52,95% səslə qələbə qazanır.
Bu barədə ölkənin Dövlət seçki komissiyası məlumat verir.
Onun rəqibi, Kamnik əyalət şəhərinin meri və sabiq parodist Maryan Şarets bu saatda 47,05% səs toplayıb.
Qeyd edək ki, Sloveniyada prezident 5 il müddətinə seçilir.
***
Sloveniyada keçirilən növbəti prezident seçkilərinin ikinci turuna start verilib.
Oktyabrın 23-də keçirilən prezident seçkiləri hazırkı dövlət başçısı Borut Pahorun üstünlüyü ilə başa çatsa da, o, mütləq səs çoxluğu əldə edə bilməyib. B.Pahor ikinci turda Kamnik şəhərinin meri Maryan Şaretsə qarşı mübarizə aparır. M.Şarets birinci turda 24,9 faiz səslə ikinci yer tutub.