Yəmən prezidenti Mənsur Hadinin də Livanın baş naziri Həriri kimi Səudiyyə Ərəbistanında girov götürüldüyü iddia olunur.
Yəmən hökuməti isə Hadinin Səudiyyə Ərəbistanında ev dustağı olduğu iddiasının yalan olduğunu bildirir.
Rəsmilər həmçinin, onu da qeyd edirlər ki, Hadi istədiyi yerə gedə bilər, ancaq öz ölkəsinə qayıtsa, həyatı üçün təhlükə yaranacaq.
Qeyd edək ki, Həriri də sui-qəsd ehtimalından ehtiyat etdiyi üçün öz ölkəsinə qayıtmadığını söyləmişdi.