Gürcüstanın Rustavi şəhərinin yeni meri İrakli Tabaqua ilk iş gününə şəhərdə təmizlik işləri görməklə başlayıb.
O, bu gün səhər saatlarında Rustavi şəhərinin bir neçə yaşayış binasının həyətlərinin süpürülməsində iştirak edib.
Sakinlərlə söhbət edən mer qeyd edib ki, onun üçün əsas prioritet Rustavi və rustavililərin qayğısına qalmaq olacaq.