Bu barədə "Anadolu" agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, notanın verilməsi iş adamın durumu ilə əlaqədardır. Türkiyə XİN-in bununla bağlı rəsmi açıqlama yayacağı gözlənilir.
Qeyd edək ki, bu gün Türkiyə KİV-lərində Rza Zərrabın həbsxanada yoxa çıxması ilə bağlı xəbərlər yayılıb. Onun 5 gündür harada olduğu bilinmir. İş adamının vəkili Şeyda Yıldırım Zərrabdan xəbər ala bilmədiyini deyib. "Beş gündür ki, bizə heç bir məlumat verilmir. Rza Zərrabdan xəbərimiz yoxdur” - deyə xanım vəkil qeyd edib. Xatırladaq ki, Azərbaycan əsilli iş adamı Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.