Argentina prezidentinin helikopteri yerə təcili eniş etməli olub.
Bu barədə “Telam” agentliyi məlumat yayıb. Məlumata görə, helikopterin təcili enişinə səbəb qəflətən yaranan fırtına və güclü külək olub.
Hadisə zamanı helikopterdə Prezident Maurisio Makri və ailəsi olub. Onların birgə Çaladmalal şəhərinə yollandıqları müəyyən edilib. Təhlükəsiz qüvvələrinin müdaxiləsindən sonra prezident və ailəsi təhlükəsiz əraziyə yerləşdirilib.(axar.az)