Zimbabve prezidenti Robert Muqabe dövlət başçısı postunu tərk etməyə razılıq verib.
Bu barədə “Sputnik” məlumat yayıb.
Qeyd edək ki, hakim "Zimbabve Afrika Milli İttifaqı – Vətənpərvərlik Cəbhəsi" Partiyasının Mərkəzi Komitəsi də xüsusi iclasında 93 yaşlı ölkə prezidenti Robert Muqabeni partiyanın rəhbəri postundan kənarlaşdırıb.
Onun yerinə keçmiş vitse-prezident Emmerson Mnanqaqva təyin olunub.