Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün Bakıdan İrəvana yola düşüb.
Erməni mediası xəbər verir ki, İrəvanda təyyarə limanında qarşılanmadan sonra Lavrov birbaşa qondarma erməni soyqırımı abidəsini ziyarətə yollanıb.
Lavrovu ziyarət zamanı XİN rəhbərinin müavini və digər rəsmi şəxslər müşayiət edib.
Qeyd edilir ki, Lavrov İrəvanda həmkarı Edvard Nalbəndyan və Prezident Serj Sərkisyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcək. (Axar.az)