Misirin Sinay yarımadasının şimalında ötən gün baş vermiş terror aktı nəticəsində həlak olanların sayı 305 nəfərə çatıb.
Həlak olanlardan 27 nəfəri uşaqdır.
Daha 128 nəfər isə xəsarət alanlar arasındadır.
Qeyd edək ki, ötən gün Əl-Ariş şəhərində məscidə hücum baş verib.
X X X
Misirdə məscidə hücum nəticəsində ölənlərin sayı artıb. Ölü sayı 235 -ə çatıb.
X X X
Misirin Sinay yarımadasının şimalında terrorçuların məscidə hücumu nəticəsində ölənlərin sayı 155 nəfərə çatıb, 120 insan xəsarət alıb.
Bu barədə "CBC Extra" telekanalı xəbər verir.
Şimali Sinayın bütün xəstəxanalarında fövqəladə vəziyyət elan edilib.
X X X
Misirin Sinay yarmadasında məscidə hücum olub.
Silahlıların məscidə hücumu nəticəsində azı 75nəfərin həlak olduğu bildirilir.
Yaralıların da olduğu qeyd olunur. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.