Türkmənistanın parlamenti respublikanın şərq bölgəsindəki bir sıra yaşayış məntəqələrinin adlarını dəyişdirib.
Bu barədə “Habartm.org” saytı məlumat yayıb. Məlumata görə, bu yaşayış məntəqələrinin üzərindən keçmiş prezident Saparmurat Niyazov və onun yaxınlarının adları götürülüb.
Adları dəyişilən rayonlar sırasında xüsusilə Atamırat, Sərdarabad, Birat bölgələri yer alıb. Dəyişikliyə əsasən bu rayonlara Kərki, Çarjev və Darqanat adları verilib.(axar.az)