Orduya əmr vermişəm ki, ölkənin sərhədlərini pozan PUA-lar, təyyarələr dərhal vurulsun.
Bu sözləri Pakistan Hava Qüvvələri komandanı Sohail Aman deyib.
“ABŞ da daxil olmaqla, heç bir dövlətin hava sərhədimizi pozmasına icazə verməyəcəyik. Pakistanın hava sərhədini pozub, ölkə təhlükəsizliyini təhdid edən istənilən hava nəqliyyatının vurulmasını əmr etdim”, - komandan bildirib.