Türkiyə və Rusiya prezidentləri arasında bu gün Ankarada keçirilən təkbətək görüşdə ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması müzakirə olunub.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüşdən sonra rusiyalı həmkarı Vladimir Putinlə keçirdi birgə mətbuat konfransında bildirib.
Ərdoğan Rusiyanın Qüds məsələsində Türkiyə ilə oxşar mövqedə olduğunu vurğulayıb.
"Türkiyə-Rusiya əlaqələri hər gün daha da inkişaf edir. Biz telefon danışıqları və görüşlər zamanı ölkələrimiz üçün əhəmiyyətli olan məsələləri müzakirə edirik. Bugünkü görüşdə Qüds mövzusunu müzakirə etdik. Putinlə mövqeyimiz oxşardır" - Ərdoğan deyib.
Rusiya prezidenti isə vurğulayıb ki, ABŞ-ın qərarı bölgədəki vəziyyəti daha da gərginləşdirəcək.