Fransa prezidenti Emmanuel Makron Ermənistana səfər edəcək.
Fransa prezidenti 2018-ci ilin oktyabr ayında İrəvanda keçiriləcək Frankofoniya sammitində iştirak edəcək.
Fransanın Ermənistandakı səfiri Conatan Lakot məlumatı təsdiqləyib. Səfirin sözlərinə görə, il ərzində bu barədə rəsmi məlumat veriləcək.
"Biz səfəri təşkil etmək üçün çalışırıq", - səfir əlavə edib.