Qüds şəhəri ilə bağlı tarixi görüşün vaxtı açıqlanıb.
ABŞ-ın Qüds şəhərini İsrailin paytaxtı kimi tanımasına qarşı keçirləcək görüş BMT-nin Təhlükəsizlik Şurasında baş tutacaq.
Görüş həftənin ilk gününə planlaşdırılır. Məlumata görə, BMT heç bir halda Qüds şəhəri ilə bağlı dəyişikliyə getməyəcək.
Məsələnin danışıqlar yolu ilə həll oluna biləcəyi bildirilib.