Avstriyanın yeni kanslerinin adına aydınlıq gəlib.
Yeni kansler Sebastyan Kurts təyin edilib.
O, bundan əvvəl ölkənin Xarici İşlər naziri postunu tutub.
Bu təyinatdan sonra ölkədə etiraz aksiyaları başlayıb. Məlumatlara görə, aksiyalara təkcə Vyanada 6 min insan qatılıb. Bununla bağlı yerli polis məlumat yayıb.