BMT-nin Baş Assambleyasında ABŞ-ın Qüdslə bağlı qərarını dəstəkləyən, bitərəf qalan və səsverməyə qatılmayan ölkə nümayəndələrinə ziyafət veriləcək.
Türkiyə mətbuatı xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylenin həmin dövlətlərin BMT-dəki təmsilçilərinə göndərdiyi məktubda qeyd olunub.
“ABŞ-la dostluqlarına görə təşəkkür” ziyafəti 2018-ci il yanvarın 3-də veriləcək.
Qeyd edək ki, BMT Baş Assambleyasının xüsusi sessiyasında qəbul edilən qətnamə ilə Qüds İsrailin paytaxtı kimi tanımayıb. 128 ölkə qətnamənin lehinə, 9 ölkə əleyhinə səs verib. 35 ölkə isə bitərəf qalıb. ABŞ, İsrail, Qvatemala, Honduras, Marşal adaları, Mikroneziya, Nauru, Palau və Toqo qətnamənin əleyhinə çıxıb. (AzVision.az)