Filippinin paytaxtı Manila şəhərinin Agoo rayonunda avtobus qəzaya düşüb.
Yeni ili qeyd etmək üçün bölgədəki kilsəyə gedən ailənin olduğu avtobus başqa avtobusla toqquşub.
Qəza nəticəsində sürücü də daxil olmaqla ailənin 20 fərdi hadisə yerində ölüb. Avtobusdakı digər sərnişinlərdən 10 nəfərin isə ağır yaralandığı deyilir.
Yaralılar təcili yardımla xəstəxanaya aparılıb. Ölənlərdən 6-sı uşaqlardır.