Son günlərdə kəskin, şaxtalı hava şəraiti ilə müşahidə edilən ABŞ-da 26 nəfər donaraq ölüb.
Ölkənin şərq hissəsində – Şimali Karolinadan Nyu-Yorka qədər olan ştatlarda günlərdir davam edən sabit şaxtalar çoxsaylı insan ölümlərinə səbəb olub.
Həmin ərazilərdə fövqaladə vəziyyət elan edilib.
Sahil boyu güclü külək bir sıra yaşayış məntəqələrini yararsız hala salıb. Massaçusets ştatının əksər əraziləri su altında qalıb. Ştat rəhbərliyi əhalini həmin ərazilərdən təxliyə etməyə məcbur qalıb.
Hava şəraitinin kəskinləşməsi səbəbindən bir neçə hava limanı fəaliyyətini dayandırıb. Xəstəxanalara donma diaqnozu ilə gətirilən insanların sayı dayanmadan artır.