ABŞ İranda hökumət əleyhinə həbs olunan şəxslərin dərhal azadlığa buraxılmasını tələb edib.
Xarici media xəbər verir ki, bununla bağlı Ağ Ev yazılı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, siyasi məhbuslar qeyd-şərtsiz azad edilməlidir:
“İranın vətəndaşlarına qarşı etdiklərinə səssiz qalmayacağıq. İran xalqının tələbləri dərhal yerinə yetirilməlidir”.
Qeyd edək ki, aksiyalar zamanı 3700 insan həbs edilib.