ABŞ-ın Suriyada quracağı 30 minlik silahlı qüvvə bölgədə gərginliyi yüksəldəcək və müharibəni körükləyəcək.
Bu xəbərdarlıqla İran Prezidenti Həsən Ruhani çıxış edib.
Prezident Ruhani Türkiyə və Rusiya ilə həmrəylik nümayiş etdirərək, ABŞ-ın İŞİD təhlükəsinə qarşı Suriya sərhədlərinə 30 minlik hərbi kontingentin yerləşdirilməsi ideyasına qarşı çıxış edib.
Tehranda Suriya parlamentinin sədri ilə görüş zamanı danışan Həsən Ruhani bəyan edib ki, ABŞ-ın Suriya ilə bağlı yeni planı beynəlxalq qanunlara hörmətsizlik və Suriyanın ərazi bütövlüyünə qarşı təhdid yaradır.
Xatırladaq ki, ABŞ-ın liderliyində qurulan İŞİD-ə qarşı koalisiya tərəfindən verilən açıqlamada qeyd edilib ki, Suriya Demokratik Güclərindən ibarət 30 minlik sərhəd qoruma dəstələri qurulacaq. Bu hərbi birləşmə əsasən Suriya-Türkiyə və Suriya-İraq sərhədlərində yerləşdiriləcək. Məqsəd isə İŞİD-in yenidən Suriyaya qayıtmasına maneə olmaqdır.(teleqraf.com)