Ekvadorda aprelin 16-da baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 646 nəfərə çatıb.
Bu barədə Ekvador Prokurorluğunun məlumatında bildirilir. Bundan əvvəl təbii fəlakət nəticəsində 602 nəfərin öldüyü bildirilir.
130 nəfər itkin düşmüş hesab edilir, 12,5 min nəfər müxtəlif dərəcəli xəsarət alıb.Xilasetmə işləri zamanı dağıntılar altından 113 nəfəri sağ çıxarmaq mümkün olub, 27 ölkə Ekvadora kömək göstərib.
Xatırladaq ki, 7,8 bal gücündə olan zəlzələnin episentri ölkənin şimal-qərb hissəsində yerləşən Pedernales şəhərində yerləşib. 26 mindən çox insan müvəqqəti sığınacaqlarda yerləşdirilib.
Ekvador prezidenti Rafael Korrea güclü zəlzələ nəticəsində həlak olanların xatirəsinə səkkiz günlük matəm elan edilməsinə dair sərəncam imzalayacağını bildirib.