ABŞ-ın paytaxtı Vaşinqtonda metroda partlayış baş verib.
Bu barədə sosial şəbəkə istifadəçiləri yazıb.
Hadisə saat 19:15-də (Bakı vaxtı ilə 03:15) baş verib. Şahidlər partlayışın Tenlitaun stansiyasında baş verdiyini, partlayışdan sonra yanğın başladığını bildiriblər. Hadisə yerinə yanğınsöndürmə dəstələri və təcili yardım briqadası gəlib. Metronun Tenlitaun stansiyasının yerləşdiyi “qırmızı xətdə” qatarların hərəkəti tam dayandırılıb və sərnişinlər evakuasiya olunub. Onların daşınması üçün xüsusi avtobuslar ayrılıb.