Suriyadan atılan 2 raket mermisi Kilisǝ düşüb. Hadisǝ nǝticǝsindǝ yaralananlar olub.
Anadolu Agentliyinin xəbərinə görə, vətəndaş müharibəsinin davam etdiyi Suriyadan atılan 2 raket mǝrmisi, Okçular mǝhǝllǝsindǝ yerlǝşǝn bir evin damı ilə yaxındakı boş bir əraziyə isabət edib. Hadisəndǝn sonra bölgəyə səhiyyə və polis dǝstǝlǝri cǝlb olunub. Bölgǝdǝ təhlükəsizlik tədbirləri artırılıb. Hadisǝdǝ yaralananların olduğu qeyd edilir.