Ukrayna ordusu Donbassda aparılan hərbi əməliyyatlar zamanı 3 hərbçisini itirib, 6 nəfər yaralanıb.
Bu barədə Ukraynanın Prezident Administrasiyasının sözçüsü Aleksandr Motuzyanik məlumat verib.
"Ötən sutka ərzində gedən hərbi əməliyyatlar nəticəsində biz üç döyüşçümüzü itirmişik, daha altı nəfər yaralanıb", - deyə o bazar günü Kiyevdə keçirilən brifinqdə bildirib.