ABŞ Prezidenti Donald Tramp yanvarın 30-da Konqres qarşısında çıxışı zamanı iqtisadiyyat, infrastruktur, immiqrasiya, ticarət və milli təhlükəsizlik məsələlərinə toxunacaq.
Bu barədə informasiyanı “RİA Novosti” agentliyi Ağ Evin yüksəkvəzifəli rəsmisinə istinadən yayıb. Onun Konqresdə infrastrukturun bərpası planı və buna 1 trilyon dollar ayrılması haqqında danışacağı vurğulanıb.
“İmmiqrasiya məsələsində isə prezident sərhədlərin gücləndirilməsindən danışacaq. Prezident həmçinin ordunun bərpası, sülhün güc yolu ilə bərpası, dost və düşmən münasibətlərinə aydınlıq gətirilməsinin bərpası barədə bəhs edəcək”, – deyə Ağ Ev nümayəndəsi bildirib.(Axar.az)