Ermənistan polisi və Milli Təhlükəsizlik Xidməti baş nazirin tabeliyinə veriləcək.
Bunu jurnalistlərə açıqlamasında Ermənistan Ədliyyə naziri David Arutyunyan söyləyib. O həmçinin baş nazirin tabeliyinə Dövlət Mühafizə Xidməti və Nəzarət Xidmətinin də veriləcəyini bildirib.
Qeyd edək ki, Ermənistan apreldə parlamentli idarəetmə sisteminə keçəcək. Ölkədə prezidentin səlahiyyətləri məhdudlaşdırılacaq, baş nazirin səlahiyyətləri isə artırılacaq. Hazırda gələcək baş nazir vəzifəsində əsas namizəd hazırkı prezident Serj Sərkisyan hesab edilir.(Axar.az)