Türkiyənin Kocaeli vilayətinddə İŞİD-in “mətbuat üzrə nümayəndəsi”, Suriya əsilli Əbdülbasit Əbdüləziz Hammud saxlanılıb.
Terror təşkilatının fəaliyyətini qeydə alaraq internetdə dərc edən Hammud Jandarm Komandanlığı tərəfindən həbs olunub.
İŞİD üzvü Əbdülbasit Əbdüləziz Hammud Suriyanın Hələb şəhərindən gizli yollarla Türkiyənin Hatay vilayətinə gəldiyi, Qaziantəpə keçdiyi, buradan da Kocaelinin Dərincə rayonuna gəldiyi bildirilir. Saxta sənədlərlə ev kirayələyən İŞİD üzvü jandarmın apardığı əməliyyat nəticəsində ələ keçirilib.
Hammudun 4 il əvvəl İŞİD-ə üzv olduğu, terror təşkilatının fəaliyyətini kamera ilə çəkərək internetdə yaydığı, özünə vəzifə verilənə qədər “ehtiyatda” gözləməsi müəyyən edilib.(avropa.info)