Suriyada Rusiyaya məxsus olan “Su-25” hərbi təyyarəsi vurulduqdan sonra pilot katapult edib, lakin o terrorçuların nəzarət etdiyi əraziyə düşüb.
Yerə enən pilot “Nüsra cəbhəsi” terror qruplaşmasının yaraqlıları ilə döyüşüb.
O terrorçulara əsir düşməmək üçün özünü partladıb.
Qeyd edək ki, şənbə günü Suriyanın İdlib şəhəri yaxınlığında Rusiyaya məxsus olan “Su-25 hərbi təyyarəsi vurulub.(oxu.az)