Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterin vurulması ilə bağlı iddialara son qoyulub.
Bu barədə “Yeni şəfəq” qəzeti araşdırma dərc edib.
Qəzet hadisədən əvvəl pilotun son sözünün “yanğın xəbərdarlığı” olduğunu, bunun da helikopterin vurulması ilə bağlı iddialara son qoyduğunu yazıb.
Helikopterin qəza anında çəkilmiş digər görüntüləri də analiz edən mütəxəssislər vurulma ehtimalının tamamilə ortadan qalxdığını bildiriblər.
Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı zamanı Türkiyəyə məxsus helikopterin qəzaya düşməsi nəticəsində 2 pilot şəhid olmuşdu. (axar.az)