Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin İrəvana gedib.
Bu barədə informasiyanı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb. Narışkin İrəvanda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Georgi Kutoyanla görüşüb. Tərəflər arasında əsas müzakirə mövzusu beynəlxalq terrorizm və transmilli cinayətkarlıq olub.
Qeyd edək ki, səfər dünən baş tutub.