Praqa məhkəməsi PYD-nin (PKK terror təşkilatının Suriya qolu –red.) keçmiş həmsədri Saleh Müslimlə bağlı Türkiyənin istəyini rədd edib.
“Anadolu” agentliyi xəbər verir ki, o, məhkəmə zalından sərbəst buraxılıb.
Qeyd edək ki, İnterpol vasitəsilə axtarışa verilən Saleh Müslim fevralın 25-də Çexiyanın paytaxtı Praqada saxlanılmışdı. Türkiyə isə onun ekstradisiyasını tələb etmişdi.
Onun adı Türkiyənin Daxili İşlər Nazirliyinin “terrordan axtarılanlar” siyahısında idi və başına 4 milyon lirə mükafat qoyulmuşdu. (publika)