Yeni Yaxın Şərq strategiyası və Türkiyəni gözləyən böyük təhlükələr "SYRİE LEAKS" DOSYESİ

Dünya 17:57 28.02.2018

Hələ yanvar ayında ABŞ, İngiltərə, Fransa, Səudiyyə Ərəbistanı və İordaniya təmsilçiləri arasında keçirilmiş gizli görüşün təfərrüatları və yeni Yaxın Şərq strategiyası aşkara çıxıb. Beş ölkənin gizlicə reallaşdırdığı təmasları bir qrup fransız jurnalist "Syrie Leaks" adı altında mediaya sızdırıb. Təqaüdçü səfir Uluç Özülker sızdırılan məlumatların detallarını “Sputnik”ə şərh edib.

Yanvarın 11-də baş tutan gizli yığıncaqda olan İngiltərə səfirinin qeydlərini ələ keçirmiş fransız qrupun xəbərləri ilə əlaqədar Özülker deyib: "Toplantı ABŞ-ın paytaxt Vaşinqtonda baş tutub. Bu yığıncaqda danışılanlar “Wikileaks”ə bənzər şəkildə “Syrie Leaks" adı ilə dünya ictimaiyyətinə çatdırılır. Yığıncağın bütün detalları ingilis səfirinin ələ keçirilmiş qeydləri əsasında aşkarlanıb. Növbəti iclasın yanvarın 23-də keçiriləcəyi deyilir və təmasların davam etdiriləcəyi bəlli olur".

“TÜRK-KÜRD MÜNAQİŞƏSİNƏ GÖRƏ ANKARA DƏVƏT EDİLMƏYİB”

“Görüşdə ABŞ, Böyük Britaniya, Fransa, Səudiyyə Ərəbistanı və İordaniya nümayəndələri iştirak ediblər. Türkiyənin yığıncağa dəvət edilməməsini şərh edən Özülker deyib:

"Sızdırılan bu sənəd, yığıncağın gündəliyini və iştirakçı ölkələrin məqsədini dəqiq şəkildə ortaya qoyur. Toplantı, özlərinə “kiçik qrup” adını verən Amerika, İngiltərə, Fransa, Səudiyyə Ərəbistanı və İordaniyanın bir araya gəlməsiylə reallaşıb. Bu qrupa Misir, Almaniya və Türkiyənin də daxil edilməsi danışılır. Aydın olan budur ki, Misirə dəvət göndərilmədiyi halda, Almaniyadan da dəvətə cavab verilməyib.

Türkiyəyə gəlincə isə, bu ölkələr Ankaraya dəvət yollamaqda tərəddüd edib. Gizli yığıncağın iştirakçıları bu rəyib ki, “türklər və kürdlər arasındakı qarşıdurma var, bu, qrupun qərarlarına mənfi təsir edə bilər”.

HƏDƏF RUSİYA VƏ İRANDIR

“ABŞ sözçüsü “ABŞ prezidenti Donald Tramp İŞİD-i bəhanə olaraq istifadə edir, amma bizim Suriyada qalıcı olmalıyıq”, – deyib. Açıqlamanın davamında, o, ABŞ-ın gerçək niyyətinin İranın həm siyasi, həm də aktyor kimi iddialarına maneə törətmək olduğunu bildirib.

Yığıncağa qatılanlar əsl dərdlərinin Rusiya olduğunu da etiraf ediblər.

Rusiyanın Astana və Soçi prosesində uğurunu qəbul edən həmin ölkələr “Rusiya əldə etdiyi müvəffəqiyyətlə bağlı təbliğat aparır və bu dərhal əngəllənməlidir” deyərək ümumi razılığa gəliblər. Onlar Cenevrə prosesinin yenidən canlandırılması niyyətindədir.

Sözügedən dövlətlər Türkiyənin terror təşkilatı kimi tanıdığı PKK-nın Suriya qolu olan YPG-nin onurğasını təşkil etdiyi “Suriya Demokratik Qüvvələri”nin (SDQ) Cenevrə prosesinə daxil etmənin də yollarını axtarıb. “Ankaranın bu mövqeyi, yəqin ki, anlayışla qarşılayacaq, çünki SDQ və YPG bizim üçün fövqəladə dərəcədə əhəmiyyətlidir, – rəyi səslənib. – Bizim formulumuz ilə YPG və SDQ-yə müzakirələrə əlavə edilməlidir".

“BÖLGƏ MÜNAQİŞƏLƏRİNDƏ NÜVƏ SİLAHLARI İSTİFADƏ EDİLƏ BİLƏR”

İştirakçı ölkələr ABŞ və Türkiyə arasındakı əlaqələrin yaxşılaşmasının qeyri-mümkün olduğuna işarə edirlər. Sözügedən beş ölkə ABŞ-ın təkbaşına hərəkət etməsinə, Türkiyə ilə SDQ-nin ümumi dil tapması imkanı olmadığına və bu vəziyyəti dəyişdirmə düsturunu hələ tapa bilmədiklərini ifadə ediblər. Əsas iddialarının “rusları dalana sıxışdırmaq” olduğunu söyləyən nümayəndələr “daha iki məqsəd”in olduğunu bildiriblər: Konstitusiya islahatları və seçkilərin nəzarət altında keçirilməsi.

“NATO-nun DA RUSİYAYA DAİR YENİ PLANI VAR”

“Yığıncaqda dünyadakı dörd mühüm proses müzakirə olunub. Bu məsələlər, əslində, naməlum şeylər deyil. Ancaq bütün bu mövzuların sənədləşdirilməsi çox əhəmiyyətlidir.

İlk olaraq ABŞ səlahiyyətlisi ölçüsü kiçildilmiş nüvə silahlarının hazırlandığını, bunun da regional qarşıdurmalar əsnasında istifadə edilməsi ehtimalına işarə edib. İkinci məsələ fevralın 14-15-də NATO-da keçirilən yığıncaqda Rusiya və digər “təhdidkar” ölkələrə qarşı tədbirlərin artırılması üçün yol xəritəsinin hazırlanmasıdır. Üçüncüsü, İsrailin önümüzdəki dövrdə “Hizbullah” başda olmaqla, İran hədəflərinə hücumların artırılacağıdır. Dördüncüsü, kürd problemi ucbatından Ankara-Vaşinqton arasında əhəmiyyətli bir ixtilafın və əlaqələrin qırılma həddində olmasının vurğulanmasıdır.

Bu vəziyyətin Yaxın Şərqdəki proseslərə təsir etdiyinə də işarə edilir".

“MƏQSƏD KÜRD-TÜRK, İSRAİL-İRAN MÜNAQİŞƏLƏRİNİN BƏRPA EDİLMƏSİDİR”

Özulkerin rəyincə, gizli görüşdə iştirak edən və Yaxın Şərqin taleyi ilə bağlı hesabat hazırlayan ölkələr Astana və Soçiyə proseslərini sabotaj etmək istəyir.

"İsrail-İran və türk-kürd müharibələri gözləyirik" və Suriyanı da parçalamaq istədiklərini söyləyirlər. Hər halda Rusiya rəhbərliyi tərəfindən idarə olunan Astana və Soçi proseslərini ləğv etmək üçün tamamilə qərarlı olduqlarını göstərirlər.

Rusiya ilə ABŞ arasındakı yeni qarşıdurma dövründə biz Rusiya ilə olan sıx münasibətlərimiz və Astanadakı rolumuza görə seçim etmək zərurəti ilə qarşılaşa bilərik".

“BİZ DƏ TƏHLÜKƏDƏYİK”

“Beş ölkənin yığıncaqda müzakirə etdiyi məsələlər Yaxın Şərqdəki qarşıdurmaların Türkiyəni əhatə edəcək şəkildə genişlənəcəyinə işarədir. Burada çox əhəmiyyətli məsələ türk-kürd qarşıdurmasını rəsmi olaraq dilə gətirilməsidir. Bu da qarşıdakı dövrdə bizim üçün də hadisələrin bitməyəcəyini göstərir.

Suriya məsələnin nə qədər qarışıq, Yaxın Şərqin nə qədər problemli olduğu gün kimi aydındır. Üstəlik, bu ölkələrin Suriyanın bölünməsini müzakirə etməsi proseslərin bu istiqamətdə inkişaf ehtimalını və prosesin sərhədlərin yenidən müəyyən edilməsi ilə nəticələnə biləcəyinə işarə edir".

Rusiyanın Yaxın Şərqdə getdikcə artan təyinedici mövqeyinə işarə edən Özülker deyib: "Yaxın zamana qədər İsrail-Fələstin mövzusuna birbaşa müdaxilə etməyən Rusiya, Qüds məsələsində əhəmiyyətli bir çıxış edib. Üstəlik, Suriyaya hücum edən bir İsrail təyyarəsi də vurulub. Bunun da arxasında Rusiya təsirinin olduğunu anlamaq çox çətin deyil.

Həmin proses də Rusiya və ABŞ-ın “bilək güləşi”nin Suriya ilə məhdudlaşmayacağını, bütün Yaxın Şərqə yayılacağını göstərir. Üstəlik, NATO-da alınan qərarlar, Trampın dəlisov qərarları və ABŞ-ın içində olduğu hazırlıq nəzərə alınmaqla, Yaxın Şərqin qarışıq bölgə olacağını öncəgörmək çətin deyil".

“TÜRKİYƏNİ DAHA BÖYÜK BƏLALAR GÖZLƏYƏ BİLƏR”

Suriyadakı atəşkəsin Afrinə də şamil edilməsi səylərinə toxunan Özülker deyib: “Məncə, bu atəşkəsin Afrinə şamil olmadığı bəllidir, amma öz cinayətlərini ört-basdır etmək istəyənlər bu istiqamətdə səy göstərəcəklər. Yaxın Şərqdəki bütün proseslər Türkiyəni daha böyük bəlalar gözlədiyinə işarədir.

ABŞ və Türkiyənin mart ayından etibarən başlayacaq ikili görüşlərindən böyük nəticələr gözləmənin gerçəyə yaxın olmayacağı fikrini müdafiə edən Özülker sözlərinə əlavə edib: "Türkiyə və ABŞ arasında danışıqlarda daha çox Fəratın qərbində nələr edilə biləcəyidir. ABŞ-ın Yaxın Şərqdə qalma qərarlılığı bəllidir.

Belə bir tənlikdə Rusiya da Türkiyəyə təzyiqini artıracaq. Nəticədə Türkiyə seçim etmək vəziyyətində qala bilər. Ancaq qərarverən yenə Türkiyədir.

Bu müddətdə Türkiyə nə qədər böyük uğur qazanır-qazansın, diplomatiyanın əhəmiyyəti unudulmamalıdır”. (strateq.az)

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Hamısı