Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general Hulusi Axara və Daxili İşlər naziri Süleyman Soyluya zəng edib.
Ərdoğan generallardan gecə saatlarında Afrində baş verən və 8 əsgərin şəhid olması ilə nəticələnən olayla bağlı məlumat alıb.
Türkiyə prezidenti şəhid olan əsgərlərin ailələrinə başsağlığı, yaralılara isə şəfa diləyib.