PKK terror təşkilatının Suriya qolu olan YPG silahlıları Afrində dinc sakinlərin təhlükəsiz yerlərə getməsinə mane olur.
Xarici media xəbər verir ki, bu sözləri BMT baş katibinin sözçüsü Stefan Duyarriç deyib.
O bildirib ki, insanların təhlükəsiz yerlərə köçməsi çox vacibdir:
“Bu günə qədər 5 min dinc sakin bölgəni tərk edib. Yerli dairələr də sakinlərə kömək etməkdə çətinlik çəkir”.(teleqraf.com)