Putin rekord qırdı Yekun nəticə - YENİLƏNİB

Dünya 10:07 19.03.2018

Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkisində verilən səslərin 99,75%-ni hesablayıb.

Son nəticəyə əsasən lider dəyişməyib. Belə ki, Rusiya Prezidenti Vladimir Putin 76,67% səs toplayıb.

Bu göstərici Putinin indiyə qədər bütün seçkilərdə topladığı ən yüksək nəticə olub. Ondan sonrakı yerləri Kommunist Partiyasından Pavel Qrudinin (11,79%) və Liberal Demokrat Partiyasından Vladimir Jirinovski (5,66%) tutub.

Kseniya Sobçak 1,67%, Yabloko Partiyasının lideri Qriqori Yavlinski 1,04%, Boris Titov 0,76%, Maksim Suraykin 0,68%, Sergey Baburin isə 0,65% səs toplayıb.

***

Bu gün Rusiyada keçirilən prezident seçkilərinin exit poll nəticələrinə görə, hazırki prezident Vladimir Putin 70 faizdən çox səslə (ФОМ - 77 faiz, ВЦИОМ - 73,9  faiz) qələbə qazanıb. 

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, exit poll nəticələrinə əsasən, Kommunist Partiyasından irəli sürülən Pavel Qrudinin 11 faizdən çox, Rusiya Liberal-Demokratik Partiyasının namizədi Vladimir Jirinovski isə 6-dən çox səs toplayaraq üçüncü yerdə qərarlaşıb.  

***

Bu gün Rusiyada prezident seçkiləri keçirilir. 97 min 300-dən çox məntəqədə keçirilən seçkilərdə 109 milyona qədər seçicinin səs verməsi gözlənilir. Bakı vaxtı ilə 00:00 da Rusiyanın şərqində, Çukotka, Maqadan, Kamçatka və Saxalində başlayan seçkilər artıq yekunlaşıb, səslərin sayılmasına başlanılıb.  

APA-nın Moskva müxbiri paytaxtın bir neçə seçki məntəqəsində olub.

İlk olaraq müxbirimiz 3 saylı seçki məntəqəsində olub. Şəhərin mərkəzində, Hökumət Evinin yanında yerləşən bu seçki məntəqəsində fəallıq müşahidə olunub. Paytaxt sakinləri normal qaydada seçki hüquqlarından istifadə etdiklərini bildiriblər. Seçki məntəqəsində prezidentliyə namizədlərin təmsil olunduğu siyasi partiyaların nümayəndələri, beynəlxalq təşkilatlardan olan müşahidəçilər və qeyri-hökumət təşkilatlarının nümayəndələri olublar. 

3 saylı seçki məntəqəsinin sədri Vasiliy Fedetov saat 15:00-a qədər məntəqədə yüksək fəallığın müşahidə olunduğunu söyləyib. Onun sözlərinə görə, bu vaxta kimi 44 %-ə qədər seçici artıq seçki hüququndan istifadə edib. Bu şəhərin mərkəzində yerləşən seçki məntəqəsi üçün yüksək göstəricidir: "Bu onu göstərir ki, seçici fəallığı çox yüksəkdir”.

Müxbirimiz daha sonra mərkəzdən kənarda yerləşən, əhalinin sıx yaşadığı Severnoe Çertanovo rayonunda yerləşən 2027 və 2032 saylı seçki məntəqələrində olub. Bu məntəqələrdə də seçicilərin aktivliyi müşahidə edilib. Seçki məntəqəsində müşahidə aparan siyasi partiyaların, ictimai təşkilatların nümayəndələri seçici fəallığını yüksək qiymətləndiriblər.

Bu ilki seçkilər ötən ildə keçirilən seçkilərdən bir sıra yenilikləri ilə fərqlənib. Rusiyanın seçki qanunvericiliyinə edilən yeniliyə görə, seçicilər yaşayış yerlərinə görə deyil, həm də seçki vaxtı olduqları yerdə səsvermə hüququna malik ola biliblər. Yəni, işi ilə əlaqədar yaşadığı yerdə olmayan seçici faktiki olduğu yerdə səsvermə hüququndan istifadə edə bilib. Hətta ilk dəfə olaraq Moskvanın Kazan vağzalında seçki məntəqəsi açılıb. Səfər edən rusiyalı seçicilər yolüstü öz səsvermə hüququndan istifadə edə biliblər.

APA-nın müxbiri seçkilərdə iştirak edən Moskva sakinlərindən bir neçəsi ilə söhbət edib. Onlar seçicilər üçün normal şərait yaradıldığını, rahatlıqla konstitusion hüquqlarından istifadə etdiklərini söyləyiblər.

Rusiya Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi Moskva vaxtı ilə 17:00-da Uzaq Şərqin və Sibirin 20 regionunda: Saxalin, İrkutsk, Maqadan, Tomsk, Kemerovsk, Amur, Novosibirsk vilayətləri, Kamçatka, Zabaykal, Primorsk, Krasnoyarsk, Xabarovsk və Altay diyarlarında, eləcə də Buryatiya, Yakutiya, Tuva, Xakasiya və Çukotkada, Yəhudi muxtar vilayətində seçkilərin artıq bitdiyini açıqlayıb. Həmin müddətə qədər ölkə üzrə seçici fəallığı 51,9 faiz olub. Rusiya MSK sədri Ella Panfilova bu göstəricinin 2012-ci ildə keçirilən seçki ilə müqayisədə yüksək olduğunu söyləyib.  

Seçkilər saat 20:00-da yekunlaşacaq. Daha sonra səslərin sayılmasına başlanacaq. 

Rusiya Kommunist Partiyasından olan namizəd Pavel Qrudinin və müxalif "Vətəndaş təşəbbüsü" Partiyasının namizədi Kseniya Sobçakın nümayəndələri regionlarda çoxlu sayda qayda pozuntularının, seçki qutularına birdəfəlik bülletenlərin atılması hallarını olduğunu bildirib, bununla bağlı Rusiya MSK-nı tədbir görməyə çağırıblar.

Qeyd edək ki, Rusiyada növbəti 6 il üçün prezident postu uğrunda hazırkı prezident Vladimir Putinlə yanaşı, daha 7 namizəd - Kommunist Partiyasının namizədi, Lenin adına sovxozun direktoru Pavel Qrudinin, Liberal Demokrat Partiyasından olan namizəd Vladimir Jirinovski, Rusiya Ümumxalq İttifaqı Partiyasının namizədi Sergey Baburin, "Vətəndaş təşəbbüsü" Partiyasının namizədi, tanınmış telejurnalist Kseniya Sobçak, "Rusiya Kommunistləri" Partiyasının namizədi Maksim Suraykin, biznes ombudsmanı Boris Titov və "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski mübarizə aparırlar. Birinci turda qələbə üçün səsvermədə iştirak edən seçicilərin 50 faizindən çoxunun səsini qazanmaq lazımdır. Əgər heç bir namizəd səslərin yarısından çoxunu toplaya bilməsə, birinci və ikinci yeri tutmuş namizədlər arasında ikinci tur təyin ediləcək. İkinci turda daha çox səs toplamış namizəd qalib elan olunacaq.

***

Rusiyada yerli vaxtla saat 17:00-a olan məlumata görə seçici fəallığı 51,9 faiz təşkil edib.

"RT" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirilib.

Daha əvvəl Mərkəzi Seçki Komissiyasından bildiriblər ki, prezident seçkiləri yüksək şəffaflıq şəraitində keçirilir.

Qeyd edək ki, bu gün Rusiyada prezident seçkiləri keçirilir. Dövlət başçısı vəzifəsi uğrunda hazırkı prezident Vladimir Putin, Liberal Demokrat Partiyasından Vladimir Jirinovski, Kommunist Partiyasından Pavel Qrudin,  Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburin, "Vətəndaş təşəbbüsü" Partiyasından telejurnalist Kseniya Sobçak, Rusiya Kommunistləri Partiyasından Maksim Suraykin, Boris Titov və "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski mübarizə aparır.

***

Rusiyada prezident seçkilərində səsvermə başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səsvermə prosesi, ilk olaraq, Çukot muxtar dairəsindəki seçki məntəqələrində başlayıb. Səsvermə 8.00-dan 20.00-dək davam edəcək.    

Ümumilikdə, ölkədə 97 mindən çox seçki məntəqəsi açılıb, onlardan 400-dən çoxu xaricdə fəaliyyət göstərir.

109 ölkədən 1500-dək xarici müşahidəçi səsvermə prosesini izləyir.  

Rusiya prezidenti postu uğrunda 8 namizəd mübarizə aparır. 

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Hamısı