Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Afrinin mərkəzinin ələ keçməsi ilə bağlı sosial şəbəkədə paylaşım edib.
Nazir Tvitterdə "Sizdən maşa kimi istifadə edənlərə inandınız, nəticəsi nə oldu?" yazaraq həm PKK-ya, həm də onun havadarlarına ismarış göndərib.
Çavuşoğlu həmçinin Afrinə Türkiyə bayrağının sancılması ilə bağlı görüntüləri də paylaşıb. (Axar.az)