Türkmənistanın paytaxtı Aşqabadda mart ayından etibarən dövlət qurumları və təşkilatlarında qadınlara iş yerinə cəlbedici geyimdə gəlmək qadağan olunub.
Qadağalar arasında dırnaq üçün lakdan və qızıl-zinət əşyalarından istifadə var.
Büdcə tərəfindən maliyyələşən sahələrdə çalışan qadınlara dırnaq və kirpik uzatmaq, həmçinin saç boyamaq da qadağan olunub.
Hazırda paytaxtda qadınlar gözəllik salonlarına getmirlər.(oxu.az)