Rusiya və Ermənistan parlamentlərinin xarici əlaqələr komissiyalarının İrəvandakı birgə iclası gərgin keçib.
İclasda əsas müzakirə mövzusu Ermənistan, Azərbaycan və Rusiya münasibətləri, Rusiyanın Ermənistana dəstəyinin azalmasının səbəbləri olub.
Xüsusilə də Rusiya tərəfindən Qarabağ separatçılarının rəhbəri Bako Saakyanın ABŞ-a səfərindən narazı olduğu, bundan sonrakı münasibətlərdə bu kimi nüansların diqqətə alınacağı vurğulanıb.
Həmçinin, iclasda Rusiya-Ermənistan münasibətlərinin formal xarakter daşıdığı, xarici ölkələr və beynəlxalq təşkilatların Ermənistanla Rusiyanın tabeliyində olan subyekt kimi davranması, Rusiya siyasətinə məhkum olunmuş Ermənistanın beynəlxalq aləmdən təcridi, bölgədəki investisiya və maliyyə layihələrindən uzaq qalan Ermənistanın böhran vəziyyətinə düşdüyü müzakirə edilib.
Bundan başqa, KTMT-nin birləşmiş qərargahının rəhbəri Anatoli Sidorovun KTMT-nin heç bir halda Dağlıq Qarabağa dəstək verməyəcəyi barədə fikriləri İrəvanı ciddi narahat edib.
Erməni mətbuatı Rusiyanın Azərbaycana silah satışının Ermənistan üçün 2016-cı ilin Aprel müharibəsi kimi ağır nəticələrə səbəb olduğunu da bildirib.(axar.az)