Dünyanı Rusiya ilə düşmən edən “qiymətli agent” Skripal kimdir?

Dünya 09:38 03.04.2018

Kökündə Rusiya Federasiyası hərbi kəşfiyyatının – Silahlı Qüvvələrin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (daha çox QRU kimi tanınır) sabiq polkovniki Sergey Skripalın zəhərlənməsinin yaratdığı nəhəng diplomatik qalmaqal səngimək bilmir.

Bu böyük beynəlxalq qalmaqal nəticəsində 30 ölkə və təşkilat Rusiya diplomatlarının persona non-qrata elan edib, onları ölkədən çıxarıb. Sözsüz ki, Rusiya da cavab addımları atıb. Bu isə onsuz da pis vəziyyətdə olan Rusiya-Qərb münasibətlərində qarşıdurmanın eskalasiyasına gətirib çıxarıb.

Bəs, S.Skripal kimdir? Onun buna qədərki fəaliyyəti nədən ibarət olub, Britaniya ilə əlaqələri necə yaranıb?

Britaniya hakimiyyətinin və müvafiq orqanlarının “xüsusilə qiymətli agent” kimi xarakterizə etdiyi S.Skripalla bağlı hazırladığı yazını təqdim edir.

Sergey Viktoroviç Skripal 23 iyun 1951-ci ildə Kiyevdə doğulub. O, 1972-ci ildə Kalininqradda yerləşən hərbi-mühəndislik məktəbini minaaxtaran-desantçı ixtisası üzrə bitirib. Bundan sonra Kuybışev adına Hərbi-mühəndislik Akademiyasında desant mütəxəssis ixtisasına yiyələnib. Hərbi-Desant Qoşunlarından (rusca VDV) QRU-ya keçirilib. 1999-cu ildə polkovnik rütbəsində ehtiyata buraxılıb. 2001-ci ilədək Rusiya Xarici İşlər Nazirliyinin İşlər İdarəsində çalışıb. Hərbi-diplomatik akademiyada dərs deyib. Eyni vaxtda biznes fəaliyyəti ilə məşğul olub – 2000-ci ilin əvvəllərində o, “Yuniekspl” kompaniyasının səhmlərinin 10 faizinə sahib olub. Bu kompaniya minalanmış ərazilərin axtarışı, köhnəlmiş silah-sursatların və döyüş texnikasının utlilizasiyası ilə məşğul olub. Kompaniya 2016-cı ilin avqustunda bağlanıb.

Polkovnik “Bal tələsi”nə necə düşdü

15 dekabr 2004-cü ildə Rusiya Federal Təhlükəsizlik Xidməti Skripalı Böyük Britaniya kəşfiyyatı ilə əməkdaşlıq etməkdə şübhəli bilərək həbs edir. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 275-ci (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılır. İstintaq zamanı aydın olur ki, S.Skrpial 1995-ci ildə (QRU-da hərbi xidmət keçərkən) Britaniya kəşfiyyatı – Mİ-6 tərəfindən əməkdaşlığa cəlb edilib. Bu, onun İspaniyada ezamiyyətdə olduğu dövrdə baş verib, Skripal həmin vaxt Rusiyanın Madriddəki səfirliyində hərbi attaşe vəzifəsində çalışırdı. BBC-nin rus xidməti özünü “xüsusi xidmət orqanlarının tədqiqatçısı və QRU-nun ehtiyatda olan general-mayoru” kimi təqdim edən Valeri Malevannovdan aldığı müsahibədə sonuncu bildirir ki, Skripalın “verbovka”sı zamanı “bal tələsi”ndən istifadə olunub. Bu, casus jarqonunda “verbovka” olunan obyektlə intim münasibətləri özündə əks etdirir. Sonra isə belə bir məlumat yayıldı ki, sözügedən “ekspert” QRU-nun generalı deyil və xüsusi xidmət orqanları ilə əlaqələri yoxdur. “Layf” isə bildirir ki, “verbovka” pul qarşılığında həyata keçirilib.

9 ildə 20 min sənəd və 100 min dollar

İspaniyadan qayıtdıqdan sonra Skripal QRU-nun kadrlar idarəsinə rəhbərlik edir və bunun sayəsində müxtəlif ölkələrdə müxtəlif adlar altında fəaliyyət göstərən rus hərbi kəşfiyyatçılarının şəxsiyyətini yaxşı tanımaq imkanı qazanır. Britaniya kəşfiyyatı – Mİ-6 Skripaldan xaricdə fəaliyyət göstərən onlarla rus agent barədə informasiya əldə edir. Skripal 1999-cu ilin axırlarında hərbi xidmətdən ehtiyata buraxılandan sonra da Britaniya kəşfiyyatı ilə əməkdaşlığı davam etdirir. Onun nümayəndələri ilə görüşmək üçün ölkə xaricinə – İspaniyaya, Maltaya və Böyük Britaniyaya gedir. Skripalı izləmək üçün quraşdırlmış gizli kameralar onun Moskvada akkreditə olunmuş britaniyalı diplomatlar, Böyük Britaniyada isə Mİ-6 gizli kəşfiyyat xidmətinin agentləri ilə görüşdüyünü təsdiqləyib. Skripal britaniyalılara Rusiyanın hərbi obyektləri barədə məxfi məlumatlar ötürüb. Onların arasında Arxangelsk vilayətində yerləşən Plesetsk hərbi kosmodromu da var. Skrpal ümumilikdə tam məxfi qrifi altında saxlanılan 20 min sənədi britaniyalılara ötürüb. O, hərbi xidmətdən tərxis olunduqdan sonra dövlət sirri təşkil edən məlumatları keçmiş xidmət yoldaşlarından əldə edib. Xidmət yoldaşları gizli məlumatlara onda yaranmış maraq barədə soruşduqda Skripal bunu uğurlu biznes aparmaq üçün insayder informasiyası toplamaq istəyi ilə izah edib.

İstintaq bu nəticəyə gəlib ki, S.Skripal Rusiyanın müdafiə qabiliyyətinə və təhlükəsizliyinə ciddi ziyan vurub. Müəyyən olunub ki, Britaniya kəşfiyyatının nümayəndələri hər dəfə Skripalla görüşdükdə alınan informasiyaya görə, onu xarici valyutada olan pul mükafatı ilə təltif ediblər. O, həmçinin, İspaniya banklarından birində hesaba malik olub. Hansı ki, bu hesaba hər ay pul vəsaiti daxil olub. Ümumilikdə, Skripal Britaniya kəşfiyyatı ilə əməkdaşlıq etdiyi 9 il ərzində onlardan 100 min dollardan çox pul alıb. Rusiya FTX-də hesab edirlər ki, ziyanın miqyasına görə onu “superagent” Oleq Penkovski ilə müqayisə etmək olar.

Skripal istintaq zamanı özünü müqəssir bilib. O, öz fəaliyyəti barədə ətraflı ifadələr verib. Bu da cəza təyin edilərkən yüngülləşdirici hal kimi məhkəmə tərəfindən nəzərə alınıb. 2006-ci il avqustun 9-da Moskva Dairə Hərbi Məhkəməsi S.Skripalı bütün rütbələrdən məhrum etməklə 13 il müddətində azadlıqdan məhrum edib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökmdə öz əksini tapıb. Bununla belə, Skripal Rusiya vətəndaşlığından məhrum edilməyib.

Əfvetmə

9 iyun 2010-cu ildə Rusiya Prezidenti 4 ölkə vətəndaşının, o cümlədən S.Skripalın azad olunması barədə fərman imzalayır. Bu zaman onun əfv olunması barədə müraciəti əsas götürülür. Əfvetmə ABŞ və Böyük Britaniyanın xeyrinə casusluq edən və mühakimə olunan 4 Rusiya vətəndaşının 2010-cu ilin iyununda ABŞ-da saxlanılmış onlarla rus casusu ilə dəyişdirilməsi çərçivəsində baş verib. Lenta.ru saytı iddia edir ki, rusiyalı casusların Rusiyaya qaytarılması müqabilində sözügedən 4 şəxsin onlara verilməsini ABŞ hakimiyyəti təklif edib. BBC-nin məlumatına görə isə, siyahıya Skripalın adının daxil edilməsində onu “xüsusi qiymətli agent” hesab edən Böyük Britaniya israr edib.

Bundan sonra S.Skripal Böyük Britaniyada yaşamağa başlayıb. London Skripala pensiya təyin edib və onun həyatına yaranan problemlərin həllində təminatçı olacağını bəyan edib. O, Böyük Britaniya vətəndaşlığı alıb, bununla belə Rusiya vətəndaşlığından da imtina etməyib. (teleqraf)

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Hamısı