Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Vladimir Putinə prezident vəsiqəsini təqdim edib.
Bu məlumatı Kremlin saytı yayıb.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri bu il martın 18-də keçirilib. Vladimir Putinin mayın 7-də prezident kimi yenidən and içəcəyi planlaşdırılır.