Albaniya hökuməti Rusiya vətəndaşları üçün viza rejimini ləğv etmək barədə qərar qəbul edib.
Bu barədə Rusiya XİN-in məlumatında deyilir.
Albaniya diplomatik nümayəndəliyindən Rusiya vətəndaşları üçün viza rejimimi ləğvinin aprelin 1-dən oktyabrın 31-dək qüvvədə olcağı bildirilib.
Məlumata görə, bu müddət ərzində viza məcburiyyəti qaldırılsa da, bura səfər edəcək Rusiya vətəndaşları üçün tibbi sığorta məcburi olaraq qalacaq.