İngiltərənin Solsberi şəhərində zəhərlənən keçmiş rus casusu Sergey Skripal və qızı Yuliya Skripala adlarını dəyişərək ABŞ-a getmək təklif olunub.
Bu barədə “Sandi Tayms” yazıb.
Məlumata görə, təklifə səbəb mümkün yeni sui-qəsdlərin qarşısını almaq olub. Həmçinin Böyük Britaniyanın xüsusi xidmət orqanları Mərkəzi Kəşfiyyat İdarəsinə müraciət edərək Skripalların təhlükəsizliyinin təmin olunması üçün hansı ölkəyə göndərilməsi barədə məsləhət istəyiblər.
“Onlara yeni ad altında yaşamağı təklif edirlər”, - nəşr qeyd edir.
Skripal ailəsinin göndərilə biləcəyi düşünülən ölkələr arasında Kanada, Yeni Zelandiya və Avstraliya da göstərilir.