Suriyalılara kimyəvi silah vasitəsilə təşkil edilən qəddar hücumlara görə yekun nəticədə Rusiya məsuliyyət daşıyır.
Bu sözləri RİA-ya ABŞ Dövlət Departamentinin nümayəndəsi Suriyada kimyəvi silah tətbiq edilməsi məsələsini şərh edərkən deyib.
“Bəşər Əsəd rejimini müdafiə etməsi və kimyəvi silah istifadəsinin qarşısının alınmasının mümkünsüzlüyü Rusiyanın böhranı həll etmək üçün üzərinə götürdüyü öhdəlikləri sual altında qoyur”, - nümayəndə bildirib.
Qeyd edək ki, Duma şəhərində təşkil edilən kimyəvi silah hücumu nəticəsində ən azı 70 nəfər həlak olub.