Rusiyadan 6 milyon, Almaniyadan 5 milyondan çox turist gözləyirik.
Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. O, ötən illə müqayisədə Türkiyəyə turist axınının 25 faiz artdığını bildirib:
“Səhiyyə, idman turizmi sayəsində klassik turizm anlayışından kənara çıxaraq müxtəlif sahələrdən gəlir əldə edirik. Səhiyyə ilə bağlı turizmdən böyük məbləğdə qazanc götürməyə başlamışıq”.