Afrinin azad edilməsindən sonra bölgədə ələ keçirilən terrorçuların və yerli əhalinin etirafları bu ərazidə uzun illər davam etmiş YPG dəhşətini bir daha nümayiş etdirib.
Bu barədə Türkiyə mətbuatı yazıb.
Afrində təzyiqlərə, təhdidlərə və şiddətə müqavimət göstərənlərdən biri, 63 yaşlı Abdo Kolikanın evinə zorla girən terrorçular ondan 4 övladından birini qruplaşma sıralarında vuruşması üçün verməsini istəyirlər.
“Oğullarından birini verməlisən” deyib gedirdilər. Qorxu dolu günlər keçirirdim, təhdidlər hər gün davam edirdi. Ölümcül təhdidlər sona çatmadı. “Bu gün verərəm, sabah verərəm” deyərək yola verirdim. Oğullarımdan birini verməsəm, qızlarımdan birini aparmaqla təhdid etdilər. Çarəsiz razılaşıb onlara sabah oğullarımdan birini vəd etdim”, - Kolika deyib.
Gecə gözünə yuxu getməyən məyus ata səhər çarəsiz halda oğulları arasında püşk atır. Ailənin 30 yaşlı oğlu Damhaş PYD düşərgəsində vuruşmaq üçün götürülür.
Aylar sonra Damhaş Kolika ASO üzvlərinə əsir düşür və sorğuda bu etirafı edir:
“Zorla alındım, getməyib müqavimət göstərsəydim, bacılarımı aparacaqlardı. Səkkiz ay PYD-PKK cərgələrində vuruşdum. Rejimlə yaşanan bir döyüşdə ayağımdan vuruldum. Yaralandıqdan sonra 4 ay savaşmadım. Türk əsgəri gəldikdə bizə ümid oldu, onlar uduzduqca Afrini tərk etdilər. Dedilər ki, qaçmırıq, rejimlə birləşməyə gedirik. Ancaq mən bir yolunu tapıb, türk əsgərinin mühafizəsi altındakı ailəmin yanına getdim. Türk əsgəri və ASO-ya bir tək güllə atmadım”.