Ermənistandakı aksiyalara hərbçilər də qoşulub. Onların İrəvandakı hərbi hissələrdən birinin əsgəri olduğunu “Azadlıq" radiosuna bu şəxslərdən biri təsdiqləyib.
Digərləri isə jurnalistlərlə əlaqə yaratmaqdan imtina ediblər.
***
Artıq Ermənistanın daha 3 şəhərində - Gümrü, Vanadzor və Sevanda da aksiyalar kerçirilir.
Bu vaxta qədər aksiya iştirakçılarından 23 nəfər saxlanılıb.
***
Gümrüdəki aksiyalarda küçələrə tələbələrlə bərabər dövlət idarələrinin işçiləri də küçələrə çıxıb. Hazırda şəhərdə etirazlara nəzarət edəcək qədər polis işçisinin olmadığı bildirilib.
***
İrəvanda 11 universitetin tələbələri aksiyalara qoşulub.
Tibb Universitetinin müəllimlərindən biri isə polis tərəfindən vəhşicəsinə döyülüb.
***
Aksiyalarda iştirak edən hərbçilərin sayı 40 nəfərdir.
***
Polis tərəfindən saxlanıların sayı 33-ə çatıb. Son altı gün ərzində isə 1000 nəfər həbs edilib.