ABŞ Senatı general-leytenant Pol Nakasonun Milli Təhlükəsizlik Agentliyinə rəhbər gətirilməsinə izn verib.
Nakason ABŞ Silahlı Qüvvələrinin Kiberkomandanlığına da rəhbərlik edəcək.
Qeyd edək ki, Nakasonun 54 yaşı var. O, 2016-cı ildən Quru Qoşunların Kiberkomandanlığına rəhbərlik edir. Bu vaxta qədər isə o, İraq və Əfqanıstandakı hərbi əməliyyatlarda iştirak edib.