Qazaxıstan prezidenti Nursultan Nazarbayev hesab edir ki, Ermənistandakı böhranın həlli bütün tərəflərin iştirakı ilə dialoq yolu ilə vacibdir.
“News.am” xəbər verir ki, Ermənistan və Qazaxıstan prezidentləri Armen Sarkisyan və Nursultan Nazarbayev arasında telefon danışığı olub.
“Telefon danışığı zamanı tərəflər Ermənistanda hazırkı ölkədaxili durumu müzakirə edib. Nursultan Nazarbayev erməni xalqına sülh və sabitlik arzulayıb.
O, həmçinin Ermənistandakı böhranın bütün tərəflərin iştirakı ilə Konstitusiya və qanunun aliliyi əsasında dialoq yolu ilə həllinin vacibliyini vurğulayıb”, - deyə məlumatda bildirilib.